Faktiki olaraq, bu hala təkcə Ermənistanın Müdafiə Nazirliyinin sözügedən fəaliyyətləri deyil, həm də Avropa İttifaqının müşahidə missiyasının sərhəddə qeyri-adi hərəkət qeydə almadığını bəyan etməsi kimi təşviqedici açıqlamalar da töhfə verir. Aİ müşahidəçilərinin bəyanatına, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın “Sərhəddə qeyri-adi heç nə olmadığını eşitmək xoşdur” bəyanatına baxmayaraq, İrəvan sərhədə qoşun cəmləşdirməyə, təxribatlara hazırlaşmağa davam edir.
Üstəlik, Azərbaycan videomüşahidə cihazlarının videogörüntülərini yayır. Orada açıq-aşkar görünür ki, söhbət Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi kimi aparılan tikinti və mühəndislik işlərindən getmir, yeni hücum xarakterli dayaq məntəqələri qurulur. Ermənistan iddia edir ki, onlar yalnız Azərbaycanın hücumu zamanı daha yüksək müdafiə potensialını təmin etmək üçün sərhədi gücləndirir. Guya Ermənistanın gördüyü işlər heç bir hücum xarakteri daşımır, hücum niyyətini ehtiva etmir. Lakin əldə edilmiş məlumatlara görə, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
Təbii olaraq bu hal Bakını narahat etməyə bilməz və bu mənada Azərbaycan bu təxribatın qarşısını almağa, qabaqlayıcı tədbirlər həyata keçirməyə çalışacaq və bu, onun legitim hüququdur.
Azərbaycanın çağırışları ölkənin suveren ərazisini müdafiə etmək hüququ çərçivəsində beynəlxalq səviyyədə tamamilə legitim işdir, heç bir şəkildə başqa dövlətə qarşı iddia irəli sürmür, buna görə də beynəlxalq hüquq adından danışan bütün subyektlərin birmənalı dəstəyini almalıdır, üstəlik, bu dəstək növbətçi xarakteri yox, İrəvanın təcavüzü ehtimalına əsaslanmalı olan obyektiv xarakter daşımalıdır.
Aqil Məmmədov
Ordu.az